Naxçıvanın statusu ləğv ediləcək? – Prezidentin CAVABI

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın statusu ləğv ediləcək? – Prezidentin CAVABI

Siyasət

12 Avqust 2026 09:51 213


“Planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Naxçıvanda da Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsi yaradılıb: Marqarita pizza

“Bununla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”.

Prezident vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlükləri artıq görünür:

“Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə – Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar”.

Qeyd edək ki, zaman-zaman mətbuatda və ekspert dairələrində Naxçıvanın statusunun ləğv ediləcəyi haqda iddialar dolaşırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!