"Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.
Deputat Naxçıvana təyyarə biletlərin tapılmamasında yaranan gərginliklərin aradan qaldırılmalı olduğunu bildirib: pizza sifarişi
"Adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər. Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur. Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çoxalıb. Xeyir-şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdan narahatlıqlarını deputatların nəzərinə çatdırırlar. Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır" - deyə deputat vurğulayıb.
Telegram kanalımız