Nazir ciddi nöqsanlara görə hakimi işdən çıxardı - Foto

Nazir ciddi nöqsanlara görə hakimi işdən çıxardı
Noy 14, 2019 20:47
Oxunma sayı: 2147

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında qərar qəbul olunub.  

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb. 

Картинки по запросу ramil həsənov hakim

Yenisabah.az