Nazir Füzuli Məmmədovu vəzifəsindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Füzuli Məmmədovu vəzifəsindən azad etdi

Sosial

13 Avqust 2021 12:06 3894


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edib. 

“Yeni Sabah” xəbər verir ki, “Qaynarinfo.az” saytının əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Füzuli Məmmədov vəzifəsindən azad olunub.

Muxtar Babayevin digər əmri ilə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Səmədov Cəlair Zöhrab oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi təyin edilib. pizza hut

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi böyük səs-küyə səbəb olub. “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!