Nazir həbs edilən rəislərin yerinə onları göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir həbs edilən rəislərin yerinə onları göndərdi

Sosial

20 Noyabr 2023 14:32 620


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin həbs edilən Regional Meşə Təsərrüfatı mərkəzlərinə direktor əvəzləri təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə İxtiyar Cənnətov, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinə isə Fizuli Məmmədov direktor əvəzi təyin olunub.

Bununla bağlı nazir Muxtar Babayev müvafiq əmr imzalayıb.  Sezar pizza

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, hər iki şəxs həbs olunub.

Həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb. Bu barədə Qaynarinfo-nun əldə etdityi məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!