Nazir koronavirusdan danışdı: “Payız aylarında ayıq-sayıq olmalıyıq“

saytların hazırlanması

Evə çatdırılma

Nazir koronavirusdan danışdı: “Payız aylarında ayıq-sayıq olmalıyıq“

Sosial

10 May 2022 12:15 130


Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir qeyd edib ki, hazırda koronavirusla bağlı çox az məhdudiyyət qüvvədədir. pizza

“Maska rejimi ləğv olunub, indi tək-tük məhdudiyyətlər var. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq. Ona görə də məhdudiyyətlərin hamısını birdən ləğv edə bilmərik", - deyə səhiyyə naziri vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!