Nazir narazılığın  olduğu məktəbə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Nazir narazılığın olduğu məktəbə gəldi

Sosial

03 Fevral 2023 14:15 733


Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.

Yenisabah.az APA-nıya istinadla xəbər verir ki, təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib:

"12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sezar pizza

Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!