Bu gün Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Faysal Mikdad, Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahianın dördtərəfli görüşü keçirilir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, gündəlikdə duran məsələ Suriya münaqişəsinin sülh yolu ilə həllidir.
Suriyalı qaçqınların vətənlərinə qayıtması, terrorla mübarizə məsələlərini də müzakirə ediləcək. Dominos pizza
Sergey Lavrov isə öz növbəsində, Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üçün yol xəritəsinin yaradılmasını təklif edib.
Dördtərəfli görüşdən əvvəl Rusiya və Türkiyənin baş diplomatları arasında təkbətək söhbət olub.
Telegram kanalımız