30 Sentyabr - 01:41
Nazirlik 1-ci və 2-ci qrup əlillərlə bağlı qaydanı dəyişdirir

Nazirlik 1-ci və 2-ci qrup əlillərlə bağlı qaydanı dəyişdirir

Sosial

25 Yanvar 2019 17:45 567


BMT-nin Əlilliyi olan şəxslərin hüquqlari üzrə komitəsindən Azərbaycan hökumətinə suallar daxil olub. 

“Yeni Sabah”xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.

S.Qocayevin sözlərinə görq, bu suallar artıq hökumətə təqdim olunub: "Həmin suallar içərisində bir məsələ Nazirlər Kabinetinin 172 saylı qərarında olan övladlığa uşaq götürmək istəyən şəxslərin xəstəliklərilə bağlı tələbləridir. Ki, həmin şəxslər uşaq götürə bilməzlər. Bu, birinci və ikinci qrup əlilliyi olan şəxlərə məhdudiyyətin qoyulmasıdır. Biz bunu ayrı-seçkilik kimi qiymətləndiririk". 

Nazirlik rəsmisi qeyd edib ki, hazırda uşağın valideynlərindən biri vəfat edibsə və digər valideyni 1-ci və 2-ci qrup əlilliyi olan şəxsdirsə, uşaq valideyn himayəsindən məhrum edilmiş hesab olunur: 

"Bu əvvəlki qaydaya əsasən belə idi. Biz həmin bəndin o şəxslərə qarşı diskriminasiya olduğunu hesab edirik. Yeni sistemdə bu bəndlər çıxarılacaq. Yeni sistemdə yanasma dəyişəcək. Beynəlxalq təcrübədən götürülmüş xəstəliklərdən irəli gələrək, xəstəliyin şəxsin həyatını nə dərəcədə məhdudlaşdırdığı əsas götürüləcək. Qərar buna əsasən veriləcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!