Nazirlik ağacları kəsəni axtarır – Araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik ağacları kəsəni axtarır – Araşdırma başladı

Sosial

07 İyun 2022 10:09 964


Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtda kəsilən ağaclarla bağlı araşdırmaya başlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Yeni Sabah”a bildirib ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

“Yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə təşəkkür edirik” – deyə İ. İbrahimova bildirib. Dominos pizza

Qeyd edək ki, qeyd olunan ünvanda ağaclar kəsilib və yerində bir neçə avtomobil üçün şəxsi park yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub də kilidlənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!