Nazirlikdən hava ilə bağlı daha bir    
XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sosial

13 May 2022 18:00 182


Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!