Nazirliklərin avtomobilləri satışa çıxarılır - 1000 manata maşın
08 Apr 2021 08:21
1293

Nazirliklərin avtomobilləri satışa çıxarılır - 1000 manata maşın

11 may 2021-ci il tarixdə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə qiymətlər 1000 manatdan başlayır, 18 min manata qədər artır.

Siyahıda təqdim edilən bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarılıb. Təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin böyük qisminə 10, 25 və 50 faiz dəyərində endirim edilib.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında, yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Nazirliklərin avtomobilləri satışa çıxarılır - 1000 manata maşın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər