Nazirliyin əməkdaşları könüllü qan verdilər - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin əməkdaşları könüllü qan verdilər - FOTOLAR

Sosial

25 May 2022 16:18 1208


Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Nazirliyin 200-dən artıq əməkdaşı qoşulub. Dominos pizza

ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!