Nazpəri gənc müğənnilərə söz atdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri gənc müğənnilərə söz atdı - Video

Şou

19 May 2023 13:30 971


"Bəzi gənc ifaçıların nə sənəti, nə də ki davranışı ilə razıyam. Bu gün onlar fikirlərində toy, pul qazanmaq, avtomobillərini reklam etməklə məşğul olurlar". 

Yenisabah.az Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Space maqazin" verilişinə müsahibəsində deyib. 

Sənətçi ayaq açıb populyarlaşan bayağı musiqilərdən söz açıb:  Marqarita pizza

"Bayağılıq musiqidən xəbəri olmamaqdır. Ya fars, ya türk və ya xarici xalqların musiqilərində yer alan ladlarıdır. Həmin musiqilərə meyxanaçılar söz qoyub oxuyurlar". 

Dostəliyeva bildirib ki, yaşadığı itkilərdən sonra heç kimlə qalmaqal yaşamaq istəmir:  

"Bu gün mənim üçün qalmaqal mövzusu yoxdur. Allah mənə bu imtahanı yaşatdı (oğlu Əlinin və müğənni bacısı Zeynəb Dostəliyevanın dünyasını dəyişməsi - red.). Bu imtahandan isə alnı açıq, üzü ağ çıxdım. Bu imtandan sonra düşünmürəm ki, kimsə Nazpəri ilə qalmaqal etsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!