Neft koksundan rekord gəlir

saytların hazırlanması

Evə çatdırılma

Neft koksundan rekord gəlir

İqtisadiyyat

09 Sentyabr 2026 10:35 95


Azərbaycanın neft koksu ixracında cari ilin ilk 7 ayında nəzərəçarpan artım qeydə alınıb.

 “Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 59 920.65 min dollar statistik dəyərində 151 118.51 ton neft koksu ixrac olunub ki, bu da ümumi ixracın 0.31 faizini təşkil edib.

 Müqayisə üçün bildirək ki, 2025-ci ilin müvafiq dövründə 34 911.81 min dollar dəyərində 112 514.21 ton (ümumi ixracda payı 0.23%) neft koksu xaricə satılmışdı. Toyuqlu pizza

 Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə neft koksunun ixrac həcmində və əldə olunan gəlirdə ciddi yüksəliş müşahidə olunub.

 Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!