Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında bu gün daha 2 matç keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, komanda saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.
U-15 millisi ikinci görüşü saat 18:15-də Haiti yığması ilədir. pizza hut
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Telegram kanalımız