“Neftçi” “Qarabağ”a görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Qarabağ”a görə cərimələndi

İdman

29 Aprel 2026 15:24 108


"Neftçi" klubu 13 min manat cərimələnib.

"Yeni Sabah" xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"la oyunda olanlardır.

Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə "ağ-qaralar" 5 000 manat ödəyəcək.

Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.

"Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!