Maliyyə Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xalıq Rəhmanov nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Xalıq Qəhrəman oğlu Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.
X.Rəhmanov 2012-ci ildə Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Telegram kanalımız