Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub. Məlumata görə, tələbələr universitetdən təxliyə edilirlər.
Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı AZXEBER.COM-a təsdiqləyib.
"Bəli universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğınsöndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq".
***
Hadisə ilə bağlı Universitetin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, 28 aprel tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris korpusunun yaxınlığında yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində təhlükəsizlik tədbirləri dərhal tətbiq olunub, 1 saylı tədris binasında olan bütün tələbələr, müəllimlər və əməkdaşlar operativ şəkildə təxliyə ediliblər.
Yanğın qısa müddət ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb, ərazi tam nəzarətə götürülüb.
“Qeyd edirik ki, hadisə zamanı heç bir tələbə, müəllim və əməkdaş xəsarət almayıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”.
Telegram kanalımız