“Murovdağ tuneli təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən möhtəşəm yol-nəqliyyat mühəndisliyi layihələrindən biridir. 11,7 km uzunluğu ilə dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə ən uzun avtomobil tuneli statusuna malikdir. Bu göstəricilər layihənin beynəlxalq miqyasda da mühəndislik baxımından xüsusi əhəmiyyət daşıdığını göstərir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, marşrut üzrə ümumi uzunluğu 2 636 metr olan daha 4 avtomobil tuneli də tikilib: pizza mizza
“Tuneldə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə sağ və sol hərəkət istiqamətlərini birləşdirən 38 fövqəladə keçid tunelinin inşa edilməsi beynəlxalq standartlara uyğun təhlükəsizlik həllərinin tətbiqindən xəbər verir.
Layihə yalnız Murovdağ tuneli ilə məhdudlaşmır. Marşrut üzrə ümumi uzunluğu 2 636 metr olan daha 4 avtomobil tuneli də tikilib. Bu isə mürəkkəb dağlıq relyefdə fasiləsiz və etibarlı nəqliyyat əlaqəsinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsində işlərin 89 faizi tamamlanıb. Layihə başa çatdıqdan sonra Kəlbəcərin ilboyu təhlükəsiz nəqliyyat əlaqəsi təmin ediləcək, bölgənin turizm, kənd təsərrüfatı və iqtisadi potensialı daha səmərəli reallaşacaq.
Strateji baxımdan bu yol gələcəkdə Zəngəzur istiqaməti ilə inteqrasiya olunaraq Fars körfəzi–Qara dəniz arasında formalaşan Cənub–Qərb beynəlxalq nəqliyyat marşrutunun ən qısa və etibarlı hissələrindən birinə çevrilə, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər”.
Nazim Hacıyev
Telegram kanalımız