Netanyahu ilə görüşə şortla gələn şəxs kimdir? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu ilə görüşə şortla gələn şəxs kimdir? - VİDEO

Siyasət

31 İyul 2026 18:32 130


İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri beynəlxalq gündəmin əsas mövzularından biridir. Səfər çərçivəsində keçirilən görüşlərdən biri isə siyasi məzmunundan çox iştirakçılardan birinin qeyri-adi geyim tərzinə görə geniş müzakirələrə səbəb olub.

''Yeni Sabah'' xəbər verir ki, mövzu Baku TV-nin "Aktual Gündəm" verilişində də təhlil edilib.

Verilişdə bildirilib ki, sosial şəbəkələrdə diqqət edilən məqamlardan biri ABŞ senatoru Con Fettermanın Netanyahunu şortda və kapüşonlu sviterlə qarşılaması, görüş zamanı əlində telefon saxlaması və qeyri-rəsmi davranış nümayiş etdirməsi olub. Təhlildə vurğulanıb ki, diplomatik protokol baxımından senatorun geyimi və davranışı müxtəlif reaksiyalara səbəb olub. pizza hut

Bəzi ekspertlər bunu yüksəksəviyyəli dövlət görüşü üçün etik qaydalara uyğun hesab etməyərək hörmətsizlik nümunəsi kimi qiymətləndiriblər. Digərləri isə bunun Con Fettermanın uzun illərdir davam etdirdiyi qeyri-formal siyasi üslubun tərkib hissəsi olduğunu və səmimilik mesajı verdiyini bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!