Netanyahunun “Nobel“ə namizədliyi irəli sürülüb
24 Noy 2020 17:57
420

Netanyahunun “Nobel“ə namizədliyi irəli sürülüb

Şimali İrlandiyadakı münaqişənin həllində iştirakına görə 1998-ci il Nobel Sülh Mükafatını qazanan, Olster Yunionist Partiyasının keçmiş başçısı Devid Trimbl İsrailin baş naziri Binyamin Netanyahu və Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayed Əl Nahyanı 2021-ci ildə bu mükafatı almaları üçün namizəd göstərib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisindən bildiriblər.

Ofisdən qeyd olunub ki, Nobel Mükafatı Komitəsinin qaydalarına uyğun olaraq, lord Trimbl Nobel Sülh Mükafatı laureatı olduğundan onun Netanyahunu namizəd kimi göstərilməsi qərarı bu komitənin bu məsələni müzakirə etməsinə səbəb olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər