Nəvə ilə oynayacaq yaşda olan deputat və nazirlərin - Siyahısı

Nəvə ilə oynayacaq yaşda olan deputat və nazirlərin - Siyahısı
May 5, 2019
Oxunma sayı: 6974

Keçmiş Səhiyyə naziri Əli İnsanovun siyasi iddialarına cavab olaraq iqtidar təmsilçiləri ona cavab verərək müxtəlif arqumentlər irəli sürdülər. Bunlardan biri isə keçmiş nazirin çox yaşlı olması (73 yaş) idi. Buna görə də açıqlama verən hakimiyyət tərəfdarlarının əksərinin açıqlamalarında “o nəvəsi ilə oynayan yaşdadır” ifadəsi idi. 
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan siyasi düşərgəsində yaş məsələsi zaman-zaman bu və ya digər formada gündəmə gəlib. Bu məqamda isə “nəvə ilə oynayan yaşda”  arqumentinə cavab olaraq sosial şəbəkələrdə hazırda yüksək vəzifədə olanların çoxunun nəvə yox, hətta nəticə ilə oynayacaq yaşda olmaları barədə əks fikirlər səsləndi. Bu “arqument” və “əks arqument” dartışmasına heç bir şərh vermədən parlamentdə və hökümətdə təmsil olunan yaşlı məmurların siyahısını təqdim edirik:
Hazırda parlamentdə deputatların 42-nin yaşı 65-dən yuxarıdır.
Zeynəb Xanlarova -83
Ağacan Abıyev – 82
Fəttah Heydərov – 81
Yaqub Mahmudov - 80
Ziyad Səmədzadə - 79
Elxan Süleymanov – 79
Arif Rəhimzadə - 78
Xanhüseyn Kazımlı – 77
Eldar İbrahimov – 74
Rafiq Məmmədhəsənov – 74
Hüseynbala Mirələmov – 74
Valeh Ələsgərov – 73
Mixail Zabelin – 73
Əliağa Hüseynov – 73
Vahid Əhmədov – 72
Madər Musayev – 72
Əhliman Əmiraslanov – 72
Fəzail Ağamalı – 72
Flora Qasımova – 72
Hadi Rəcəbli – 72
Tahir Süleymanov – 71
Yevda Abramov – 71
Mahir Aslanov – 70
İsa Həbibbəyli – 70
Şəmsəddin Hacıyev – 69
Mirkazım Kazımov – 69
Tahir Rzayev – 69
Elman Məmmədov – 69
Rasim Musabəyov – 68
Bəxtiyar Sadıqov – 68
Fəzail İbrahimli – 68
Araz Əlizadə - 68
Eldar Quliyev – 68
Cavanşir Paşazadə - 66
Asim Mollzadə - 66
Elmira Axundova – 66
Aqil Abbas – 66
Əli Məsimli – 66
Gövhər Baxşəliyeva – 65
Sabir Hacıyev – 65
Rafael Hüseynov – 65
Mirzəcan Xəlilov - 65
İndi isə hökumətdə olan yaşlıların siyahısını təqdim edirik:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev - 81
Baş Nazir Novruz Məmmədov - 72
Baş nazirin birinci müavini Yaqub Eyyubov - 74 
Baş nazirinin müavini Əli Əhmədov – 66 
Baş nazirinin müavini Əli Həsənov –71
Baş nazirinin müavini Hacıbala Abutalıbov– 75 
Daxili işlər naziri Ramil Usubov –71 
Səhiyyə naziri  Oqtay Şirəliyev – 69
Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə - 80
Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov –74
Prezidentin İşlər müdiri Oqtay Şahbazov – 78
Ədliyyə naziri  Fikrət Məmmədov – 64 
Mədəniyyət naziri  Əbülfəs Qarayev – 63
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov –63 
Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev – 62
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov - 62.