Nəzakət Teymurova 28 il sonra...

saytların hazırlanması

Evə çatdırılma

Nəzakət Teymurova 28 il sonra...

Şou

16 Oktyabr 2021 11:43 1709


Xalq artisti Nəzakət Teymurova 28 il sonra ailə üzvlərinin məzarını ziyarət edib.

Yenisabah.az xəbər verir ki, işğaldan azad olunan Ağdama yollanan xanəndə qəbirstanlığa yollanıb.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib: Dördpendirli pizza

"28 il öncəyə, Ağdamıma qayıtdım. Ailəmizin bütün fərdləri, bacılarım tibb bacısı kimi, qardaşlarım istisnasız cəbhədə vuruşurdular. Evin sonbeşiyi olaraq məni Ağdamdan çıxardılar ki, başımıza iş gəlsə, ailəmizdən heç olmasa bir insan sağ qalsın. Sonradan başladı ağrılı-acılı məcburi köçkünlük həyatı. Bu illər ərzimdə içimdə o qədər böyük bir ağrını yaşatdım ki… Səhnədə hər ifamda Ağdamımdakı evimiz, uşaqlıq xatirələrim, gəncliyim dururdu gözlərimin önündə… Mənim bu 28 ildə içim heç gülmədi, üzüm gülsə də, ruhum gülmədi. İndi isə gözlərim sevincdən yaş tökür, ruhum isə gülür. Artıq Ağdamımdayam. Rəhmətlik atamın, bacımın ruhu şad oldu. Anam illər sonra atamın, bacımın məzarını ziyarət edə bildi… Sözlərlə ifadə edə bilmirəm. Allah bu hissləri bizə yaşadan şəhidlərimizə rəhmət etsin, yaşasın Ali Baş Komandanımız, Azərbaycanın yenilməz ordusu! Artıq oxuduğum hər muğamda, əsərdə nisgili yox edəcəm. Mən sözün əsl mənasında xoşbəxtəm".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!