Nigar Camal Aygün Bəylərin xatirəsini yad etdi

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camal Aygün Bəylərin xatirəsini yad etdi

Şou

22 Avqust 2025 11:53 442


Bu gün mərhum Əməkdar artist Aygün Bəylərin doğum günüdür.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni Nigar Camal sosial media hesabında paylaşım edib. 

O, Aygün Bəylərlə duet oxumağın böyük şərəf olduğunu bildirib: pizza

"Bu gün əziz dostum, səhnə yoldaşım Aygün Bəylərin 50 yaşı olacaqdı... Onunla duet oxumaq mənim üçün həm böyük şərəf, həm də unudulmaz xatirədir. Onun səsinin gücü, ürəyinin saflığı heç vaxt unudulmayacaq. Aygün sadəcə müğənni deyildi, o, musiqiyə nəfəs verən ruh idi. Onu tanıyan hər kəs bilir ki, mehribanlığı, sənəti ilə hər kəsin qəlbində iz qoyub. Sən həmişə ürəklərimizdə yaşayacaqsan, əziz Aygünüm. Ruhun şad olsun". 

Xatırladaq ki, Aygün Bəylər 6 yanvar 2024-cü ildə ağır xəstəliklə bağlı müayinə üçün getdiyi Ankarada vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!