“Xiaomi” sevənlərin gözlədiyi gün yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

“Xiaomi” sevənlərin gözlədiyi gün yaxınlaşır

Rəqəmsal

11 Noyabr 2026 09:40 43


"Xiaomi" yeni telefonlarını dünya bazarına çıxarmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, şirkət "Xiaomi 18 Pro" və "Xiaomi 18 Pro Max" modellərinin təqdimat tarixini elan edib.

Hər iki modeli noyabrın 17-də Parisdə keçiriləcək tədbiri “YouTube” və “X” platformalarında canlı izləmək mümkün olacaq. Online alış-veriş

"Xiaomi 18 Pro" seriyasının əsas xüsusiyyətlərindən biri “Leica” ilə birgə hazırlanan iki 200 meqapiksellik kameradır. Telefonların arxa hissəsində əlavə ekran da yerləşdirilib. Bu ekran istifadəçilərə müxtəlif fərdiləşdirmə imkanları təqdim edəcək.

"Standart Xiaomi 18" və "Ultra" modellərinin təqdimatı gözlənilmir.

Daha bir sürpriz hələ dünya bazarına çıxarılmayan 41 millimetrlik "Xiaomi Watch S5" ağıllı saatı ola bilər.

"Xiaomi 18 Pro" və "Xiaomi 18 Pro Max" modellərinin qiymətləri hələlik məlum deyil. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!