Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyü çərçivəsində 4 və 5-ci mərhələlər üzrə danışıqlara başlamasını ardıcıl olaraq 6-cı dəfə veto qoyaraq dayandırıb.
“Yeni Sabah” xəbər verir ki, müzakirələrin 4-cü mərhələsi yaşıl enerji, 5-ci mərhələsi isə kənd təsərrüfatı sahələrini əhatə edir.
Peter Madyarın irəli sürdüyü tələblərin Baş nazir Viktor Orbanın mövqeyi ilə tam üst-üstə düşdüyü bildirilir. Online shopping Azərbaycan
Berlinin təzyiqlərinə cavab verən Madyar Almaniyanın bu üslubla danışmasının doğru olmadığını vurğulayıb:
"Almaniyanın bu üslub ilə danışması doğru deyil. Macarıstan ümum büdcə ilə bağlı mövqeyini dəyişməyəcək. Macarıstandan Ukraynaya pul axmayacaq".
Budapeştin bu qətiyyətli addımı Kiyev və Kişinyovun Avropaya inteqrasiya prosesində növbəti ciddi maneə kimi dəyərləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız