“Real” gənc ulduzunu itirir

saytların hazırlanması

Evə çatdırılma

“Real” gənc ulduzunu itirir

İdman

11 Noyabr 2026 09:36 34


İspaniyanın "Real Madrid" klubunun gənc braziliyalı hücumçusu Endrik komandadakı gələcəyi ilə bağlı qəti qərarını verib.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli ulduzların kölgəsində qalan 19 yaşlı forvard daha çox oyun praktikası qazanmaq üçün yanvar transfer pəncərəsində "Kral klubu"ndan ayrılmaq niyyətindədir.

Bu xəbərin ardından Avropanın iki iddialı klubu dərhal hərəkətə keçib. Baş məşqçi Paulo Fonsekanın rəhbərlik etdiyi Portuqaliyanın "Sportinq" klubu braziliyalı hücumçunun transferini bitirmək üçün rəsmi addımlar atmağa başlayıb. Məişət texnikası

Eyni zamanda İtaliyanın "Roma" klubu da futbolçunun keçidində maraqlı olduğunu bildirərək prosesi yaxından izləməkdə davam edir. Yanvar ayında Endrik üçün Avropa nəhəngləri arasında gərgin transfer mübarizəsinin yaşanacağı gözlənilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!