Norveçdə hərbçilərin iştirakı ilə baş tutan genişmiqyaslı təlimlər zamanı ciddi təhlükəsizlik insidenti qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 14-dən 18-dək Osloda keçirilən hərbi təlimlər zamanı hərbçilər Çinə məxsus "Volvo" şirkətindən icarəyə götürülmüş avtomobillərin gizli videoçəkiliş apardığını və məxfi görüntüləri yaddaşda saxladığını aşkarlayıblar.
Aşkarlanan materiallarda hərbçilərin avtomobillərə minib-düşməsi, hərəkət istiqamətləri, olduqları mövqelər və hətta hərbi obyektlərin məhdud girişli ərazilərinə daxil olmaq üçün istifadə edilən təhlükəsizlik kodlarının belə qeydə alındığı müəyyənləşdirilib. Bakıda online alış-veriş
Təhlükəsizlik baxımından böyük risk yaratmasına baxmayaraq, sərəncamda alternativ nəqliyyat vasitələrinin olmaması səbəbindən Norveç hərbçiləri həmin avtomobillərdən istifadəni təlim müddətində davam etməli olublar.
Nazim Hacıyev
Telegram kanalımız