Nura Suri onları susdurdu: “Tozu da ola bilməzlər”

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri onları susdurdu: “Tozu da ola bilməzlər”

Şou

19 Noyabr 2026 09:42 193


Müğənni Nura Suri Xalq artisti Könül Xasıyevanın ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı həmkarını müdafiə edərək, onu qınayanları sərt tənqid atəşinə tutub. Nura Suri sənətkarın öz halal zəhməti ilə pul qazandığını vurğulayıb:

“Könül Xasıyevanı qınayanlar onun sənətinin tozu da ola bilməzlər. İnsan halal zəhməti ilə pulunu qazanır. Nə etməlidir? Tədbiri ev yiyəsi palatkada da keçirə bilər, restoranda da, pubda da. Könül xanım ifaçıdır. İfasına isə heç kəs söz deyə bilməz”. Bakıda online alış-veriş

Nura Suri həmçinin digər muğam ustadlarının da hədəf alınmasına etiraz edərək tənqidçilərə sual ünvanlayıb:

“Bu da təzə çıxıb? Bir gün Alim Qasımova söz atıb onu qınayırsınız, o biri gün də Könül Xasıyevanı. Könül xanımın evində çörək olmayanda hansınız ona çörək alıb aparmısınız?”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!