Dövlət qulluğuna qəbul imtahanlarında emosional intellektin ayrıca fənn kimi yer alacağı bildirilir. Yeni modelə əsasən, namizədlərin qanunvericilik və məntiq bilikləri ilə yanaşı, emosional bacarıqları da qiymətləndiriləcək.
Bəs insanın emosional intellekti test imtahanında necə ölçüləcək və bu zaman hansı meyarlar əsas götürüləcək?
Dövlət İmtahan Mərkəzindən (DİM) “Yeni Sabah” ın sorğusuna cavab olaraq bildirilib ki, imtahanın təşkili və qiymətləndirmə qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək: İnternet mağaza
“Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və “Dövlət qulluğu sertifikatı”nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən Qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib”.
DİM-dən əlavə edilib ki, test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin Qaydalarda öz əksini tapacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız