Müğənni Nura Suri bu dəfə onlayn alış-veriş platforması "Temu"dan şikayətçidir.
Yenisabah.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.
"Temu" şirkəti əməlli dələduzluqla məşğuldur. Sosial şəbəkələrdə bu mövzuda tez-tez statuslar görürdüm. Dünən proqramı yüklədim və şahidi oldum. Guya ki, hədiyyə və bonuslar verirlər, amma açıq-aydın insanları aldadırlar. Pepperoni pizza
Dünən bir blogerin paylaşımını gördüm, "Temu"nun hədiyyə verdiyini yazıb, link qoymuşdu. Linkə keçid etdim və eyni paylaşımı mən də etdim ki, görüm bu doğrudur ya yox? Nəticədə, əmin oldum ki, bu bir dələduzluqdur. Beləliklə, proqramı necə yükləmişdimsə, elə də sildim" deyə, Nura bildirib.
Telegram kanalımız