Türkiyəli psixoloq Esra Ezmecinin efirdə bəzi analar barədə verdiyi açıqlama gündəmi zəbt edib.
Belə ki, psixoloqun "Qayınanaların etdikləri məni təəccübləndirib. Deməli, bir qayınana həftənin 3 günü oğlu ilə yatmaq istəyir. Gəlini qonaq otağına atıb oğlu ilə yatır” - açıqlaması müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vəfa Rəşidovanın sözlərinə görə bu problem bütün dünyada var: Dördpendirli pizza
“Bu problem tək Türkiyədə, yaxud türk millətində deyil. Bu bütün dünyada var. Bu bir sindromdur, ana-oğul arasında olan simbioz bağlılıqdır. Ana dünyaya övlad gətirib, böyüdüb, özü ilə qürur duyur və oğlunun yanında qalmaq istəyir. Bu normativə qədərdirsə, sərhədi keçmirsə, ola bilər. Mənim də pasiyentlərim arasında bu cür hal yaşayanlar var. Məsələn, oğul evlidir, 3-4 uşağı var, 10 ildir ailəlidir, amma həftənin bir gününü – ancaq 3-cü günlər gedir anası ilə qalır, gününü ona həsr edir. Burada psixoloji məqamlar ortaya çıxır, burada simbioz bağlılıq, asılılıq, itirmə qorxusu, sevgi doyumsuzluğu var”.
Psixoloq qeyd edib ki, bu bəzən analar övladlarını bir fiqur kimi görür və onları idarə etməyə çalışır, bu isə psixoloji problemdir:
“Vaxtında ana o uşağı o qədər əzib, özündən asılı vəziyyətə salıb ki, indi həmin oğul ailəli olsa da gedib yenə anası ilə qalır. Bu özünü anası üçün təsdiq etməkdir. Bəzən analar övladını öz şəxsi kimi, fiqur kimi görür, onu paylaşa bilmərəm deyir. Övladın “başına döyə-döyə” sən mənimsən, bu xəttdən keçə bilməzsən deyir. Bu sözlərlə deyilmir, əməllərlə göstərilir. Bu psixoloji takıntıdır. Ayda 1-3-5 dəfə bu olursa normaldır, amma tez-tez olmaz. Bunları dedikdə biz başqalarının ağlını da qarışdırmamalıyıq, indi yazıq analar gəlib oğlunun yanında qalsa, gəlin top atacaq ki, niyə gəlirsən, yəqin səndə də takıntıdır. Bu hər adama aid deyil, ana gəlib oğlunun yanında qala bilər, sadəcə bu başqa maneələr törədirsə, psixoloji problemdir. Amma maneə törətmirsə, problem deyil, gəlinlər narahat olmasınlar, analar gəlib oğulları ilə qala bilərlər, bu onların haqqıdır”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız