Mən nazir olduğum müddətdə əsasən Rusiyadan, həm də başqa ölkələrdən silah almaq üçün ən azı 1500 uçuş həyata keçirmişik.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
“Aldığımız silahların arasında, məsələn, 3 "S-300" sistemi var idi, sonra sayı 6 oldu. Biz "İskəndər", "Toçka U", "Smerç" sistemlərini, 160-a yaxın tank aldıq. Hazırkı hakimiyyət nizami ordunu könüllülər yığnağına çevirdi və silahlarımızın əksər hissəsini qənimət olaraq Azərbaycana verdi”, - deyə Ohanyan vurğulayıb.
Telegram kanalımız