Rəqqasə-aktrisa Oksana Rəsulova son aylarda əldə etdiyi çəki dəyişikliyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında arıqlama nəticələrini əks etdirən paylaşım edib. Oksana həkim nəzarəti altında artıq çəkidən xilas olduğunu bildirib. Onun sözlərinə görə, əvvəl 59,1 kiloqram olan çəkisi hazırda 48,9 kiloqrama enib.
Beləliklə, aktrisa ümumilikdə 10,2 kiloqram çəki itirib. O, əldə etdiyi nəticədən razı qaldığını ifadə edib. İnternet mağaza
Oksananın yeni çəkisi sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun həddindən artıq arıqladığını düşünərək əvvəlki görünüşünün daha yaxşı olduğunu yazıb. Bəzi istifadəçilər isə sənətçinin yeni görkəmini bəyənməyərək onun anoreksiya xəstələrinə bənzədiyini iddia ediblər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız