Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə universitetin bufetində tələbələrlə bir araya gəlib.
“Yeni Sabah” Azxəbər.com-a istinadla xəbər verir ki, fotoda rektorun tələbələrlə eyni masada əyləşdiyi əks olunub.
Qeyd edək ki, Məleykə Abbaszadə 19 noyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. O, bu təyinatadək Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. İnternet mağaza
Xatırladaq ki, sabiq rektor Elçin Babayevin də vəzifəyə gəldiyi ilk aylarda BDU-nun bufetində nahar etməsini, həmçinin tələbələrlə eyni masada çay içdiyini və söhbətləşdiyini əks etdirən görüntülər vaxtaşırı yayılırdı.
Telegram kanalımız