Bağdad Kürdüstanın muxtariyyətini məhdudlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Bağdad Kürdüstanın muxtariyyətini məhdudlaşdırır

Dünya

26 Noyabr 2026 09:19 48


İraq ordusunun ölkənin müxtəlif bölgələrinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Məsələ ilə bağlı açıqlama verən İraq hökumətinin sözçüsü mərkəzi hakimiyyətin atdığı addımların ölkə daxilində sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini bildirib. Rəsmi nümayəndə xüsusi olaraq vurğulayıb ki, rəsmi Bağdad kürd əhalisinin konstitusion haqlarının təminatçısıdır: "Zeydi Kürdüstan xalqının hüquqlarını qorumağa sadiqdir".

Qeyd edək ki, İraqın Baş naziri Əli əl-Zeydinin sərhəd keçid məntəqələri və strateji ərazilər üzərində mərkəzi nəzarəti bərpa etmək istiqamətində verdiyi qərarlar və ölkənin ali məhkəməsinin federal qüvvələrin sərhədboyu yerləşdirilməsini təsdiqləməsi fonunda Bağdadla Ərbil arasında siyasi müzakirələr intensivləşib. ShopByBro

Rəsmi Bağdad bu prosesin hər hansı etnik və ya regional qarşıdurmaya deyil, dövlət suverenliyinin möhkəmləndirilməsinə yönəldiyini bəyan edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!