Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, vulkan püskürməsi noyabrın 25-də yerli vaxtla saat 14:06-da səkkiz vulkanətrafı rəqəmsal seysmik stansiya tərəfindən qeydə alınıb. İnternetdən sifariş
Bir fazadan ibarət olan püskürmə 15 dəqiqə davam edib. Püskürmə zamanı ayrılan enerji 1,15×10⁷ coul təşkil edib.
Vulkan püskürməsi 2 kilometr dərinlikdə qeydə alınıb./APA
Telegram kanalımız