Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin tələbələrlə bufetdə bir araya gəlməsi keçmiş rektor Elçin Babayevin də oxşar görüntülərini gündəmə gətirib.
“Yeni Sabah” xəbər verir ki, yayılan fotolarda Məleykə Abbaszadənin tələbələrlə eyni masada əyləşdiyi əks olunub.
Bu görüntülər Elçin Babayevin 2019-cu ildə BDU-ya rektor seçildiyi dövrdə tələbələrlə bir araya gəldiyi anları xatırladıb. Sərfəli qiymətə məhsullar

Həmin vaxt E.Babayev də universitetin bufetində növbəyə dayanaraq çay almış, daha sonra tələbələrin əyləşdiyi masalardan birinə yaxınlaşaraq onlarla söhbətləşmişdi.

Aydan Hacı
Telegram kanalımız