Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürüldü

Dünya

26 Noyabr 2026 00:30 64


Nigeriyanın Niger ştatında bir neçə kəndə ehtimal olunan silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində azı 30 nəfər həlak olub.

Report xəbər verir ki, bu barədə Reuters şahidlərə istinadən məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hücum çərşənbə axşamı axşam saatlarında baş verib. Hadisənin bir neçə gün əvvəl eyni ərazidə fulani xalqına mənsub onlarla maldarın öldürülməsinə cavab olaraq törədildiyi ehtimal olunur. Onlayn mağaza

Kəndlərdən birinin sağ qalan ağsaqqalı bildirib ki, hücum edənlər bir neçə yaşayış məntəqəsini ələ keçirib, evləri yandırıb və həlak olanların meyitlərinin ərazidən çıxarılmasına mane olurlar.

Qeyd edək ki, fulani icmasının nümayəndələri ötən həftəsonu Borqu rayonunda azı 64 icma üzvünün öldürüldüyünü bildirmişdilər.

Çərşənbə günü Borqu rayonuna səfər edən ştatın qubernatoru Umaru Baqo həlak olanların ailələrinə kompensasiya ödəniləcəyini açıqlayıb, sakinləri dialoqa və dinc yanaşı yaşamağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!