“Ölkə rəhbərliyi üçün vətəndaşların yüksək səviyyəli təhsil alması prioritet istiqamətdir”

saytların hazırlanması

Evə çatdırılma

“Ölkə rəhbərliyi üçün vətəndaşların yüksək səviyyəli təhsil alması prioritet istiqamətdir”

Sosial

04 May 2022 12:46 260


Heydər Əliyev Fondu təhsilin inkişafına xüsusi qayğı göstərir. Fondun istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsil mühüm yer tutur. Bu sahənin dinamik inkişafı gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının gələcəyin layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsindən, ilk növbədə həqiqi vətənpərvərlikdən irəli gəlir. 

Bu məqsədlə son illər yöndə şəhər və rayonlarda yeni məktəb binaları inşa edilib. Köhnə tikili binalar isə yüksək səviyyədə təmir olunub. Hətta ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Fondun reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusi vurğulamaq lazımdır. Məhz bu proqram çərçivəsində respublikamızın rayon və şəhərlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Azərbaycanda son 17 ildə 3700-dən çox məktəb tikilib və əsaslı şəkildə təmir olunub.

pizza hut

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir demokratik dövlətin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Milli Məclisin Elm və təhsil komitəsinin deputat Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda təhsilə və onun inkişafına dövlət səviyyəsində çox böyük diqqət, qayğı göstərilir:

“Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən hər zaman bu sahəyə diqqət və qayğı ön planda olub. Dövlət başçısı və Birinci vitse-prezident yeni tikilən məktəblərin, bağçaların, uşaq evlərinin, şəhid ailələri üçün binaların açılış mərasimlərində iştirak edirlər. Bu da onu göstərir ki, ölkə rəhbərliyi üçün vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, yüksək səviyyəli təhsil alması prioritet istiqamətdir.”
Deputatın sözlərinə görə, bir neçə gün öncə prezident və birinci xanımı məktəbin açılışında iştirak ediblər:

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi xüsusi önəm daşıyır. İnsanların yanında olmaq, onları sevindirmək, qayğıları ilə maraqlanmaq təqdirəlayiq əməldir”.

C.Məmmədov Azərbaycanda təhsilin inkişfından danışıb:
“Azərbaycanda təhsil sürətlə inkişaf edir. Bu özünü ölkəmizdə yeni məktəblərin açılmasında, birgə universitetlərin yaradılmasında da göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz bir neçə ildən sonra Azərbaycanın təhsilinin daha da inkişaf etdiyinin şahidi olacağıq. Bu, həm də onu göstərir ki, ölkə rəhbərliyi hər zaman vətəndaşlarımızın yanındadır”.

Nəzrin Vahid 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!