Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısını alındı

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısını alındı

Sosial

07 May 2022 14:00 235


Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə ölkəmizə gələn “SCANİA” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda - yatağın alt və üst döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən, 5 400 ədəd “Marlboro Edge” markalı siqaret aşkarlanıb. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!