Ölü toyuqları çaya atan sahibkar cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ölü toyuqları çaya atan sahibkar cəzalandırıldı

Sosial

27 Aprel 2022 12:15 295


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb. 

Xidmət rəsmisi Fərid Piriyev “Yeni Sabah”a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib. 

“Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”. Pepperoni pizza

Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib.

"Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq. 

Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz  zərər özümüzə qayıdır. Gəlin, yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!