Ölüm niyə adiləşib?   - “İnsanlar qorxur ki...“

saytların hazırlanması

Evə çatdırılma

Ölüm niyə adiləşib? - “İnsanlar qorxur ki...“

Sosial

05 Avqust 2021 15:58 1808


Xalq artisti Səməd Səmədovun ölümü ətrafında başlanan müzakirələr səngimək bilmir. Sənətkarın dəfn mərasiminə az sayda insanın qatılması söz-söhbətsiz ötüşmədi. Hətta bəzi sənət dostları müğənninin ölümünü adi hal kimi qarşıladı.

Ümumiyyətlə, son vaxtlar insan ölümü xeyli adiləşib. Hətta insanlar bəzən yaxın adamlarının yas mərasiminə qatılmağa belə bəzən lüzum  görmürlər.

Bəs görəsən, insan ölümlərinin bu qədər adiləşməsi nə ilə bağlıdır? pizza sifarişi

Məsələ ilə bağlı Yenisabah.az-a  danışan psixoloq Gülər Məmmədova bu halı pandemiya ilə əlaqələndirib:

“Ümumiyyətlə, insanın təməl qorxularından biri yaxınlarını itirmək və öz həyatını itirmək, dünyadan yox olmaqdır. Nəzərə alsaq ki, son iki ildə üzləşdiyimiz pandemiya təbii ölümlərdən daha çox can aldı, insanların buna bir növ öyrəşməsi normaldır. Nə qədər insan dünyasını dəyişsə də, bir o qədər insan dünyaya gəlir. Son vaxtlar nə qədər incəsənət adamını ard-arda itirdik. Onlar məşhur olduqları üçün daha çox gündəmdə olub, müzakirə mövzusuna çevrildilər. Onsuz da gün ərzində insanlar ya qəza, ya hər hansı asılılıq, ya da xəstəlik nəticəsində həyatını itirir. Sağlam yaşamı təmin etmək üçün insan öncə psixoloji aspektdən də möhkəm olmalıdır”.

Psixoloqun sözlərinə görə ölümlər olsa da insan buna adaptasiya olmalı və həyata davam etməlidir:

“Bundan öncə insanın təməl qorxusu yaxınlarını itirmək olsa da, pandemiya dövründəki qeyri-müəyyənlik onları daha çox qorxutdu. İnsanlarda fikir formalaşdı ki, onlar hər an xəstəliyə yaxalana, ölə, yaxud ölməyə bilərlər. İnsan hər ölüm hadisəsinə, faciəyə dünyanın sonu kimi yanaşmamlıdır. Əgər belə olsaydı dünyaya uşaqlar gəlməzdi. İnsan sabaha ümidini itirsə, onda depressiyanın pik nöqtəsi yarana bilər. Bundan sonra depressiyadan yaranan xəstəliklərə yoluxa bilər. Ona görə insanda ümid, inam, psixoloji adaptasiya mütləqdir. Bunları düşünüb, pozitivə kökləndikcə insanın ruhu da sağlam olur. Dünyasını dəyişən insanlara baxıb davamlı ölümü düşünmək, “mən də öləcəyəm” deyə düşünmək olmaz”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!