Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub.
"Yeni Sabah" Metbuat.az-a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır.
Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona sağ bilək nahiyəsində iki deşilmiş yara və zəhərli ilan sancması diaqnozu qoyulub. pizza
Pasiyentə ilan zəhərinə qarşı zərdab vurulub. Daha sonra ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Hazırda pasiyentin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Telegram kanalımız