Ölümündən əvvəl anası Fəridə işgəncə verib? - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Ölümündən əvvəl anası Fəridə işgəncə verib? - Şok iddia

Sosial

03 May 2023 14:47 7405


"Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb. Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından biri olub. O nələr görüb, nələr". 

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə bildirib.

Əşrəfqızı qeyd edib ki, hadisə yerinə gələn polis uşağın bədənində dişlək izləri olub: Sezar pizza

" Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib".

Jurnalist iddia edib ki, hadisə ilə bağlı görüntülər yalnız paylaşılanlardan ibarət deyil:

"Uşağa işgəncə kadrları yenə var. Bəs, o niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır. Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifasələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!