Ombudsman 17 yaşlı qızın zorlanması faktını nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman 17 yaşlı qızın zorlanması faktını nəzarətə götürdü

Sosial

11 Mart 2022 13:14 598


Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb. 

Bu barədə "Yeni Sabah"a Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, bununla yanaşı, azyaşlının tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub. Toyuqlu pizza

Aparatın əməkdaşları azyaşlı və ailə üzvləri ilə əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və zəruri dəstək göstəriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!