Ombudsman: “Aliment borcu əsas şikayət obyektidir“

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman: “Aliment borcu əsas şikayət obyektidir“

Sosial

10 İyun 2022 15:56 967


"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır".

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.

Aliment borcunun ödənilməsindən yayınma hallarının əsas şikayət obyekti olan hallar sırasında yer aldığını bildirən Ombudsman bununla bağlı illik məruzələrdə verilmiş təkliflər barədə danışıb. Dominos pizza

O, həmçinin aidiyyəti qurumlar tərəfindən sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar edilməsi və zəruri tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq, yerli icra hakimiyyəti orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!