Danılmaz bir həqiqətdir ki, Wolt, Bolt, Uber kimi şirkətlər Azərbaycanda yeni iş yerləri yaradıb əhalinin aktivliyinin təmin olunmasında pay sahibi olublar.
Yenisabah.az xəbər verir ki, bunu facebookda jurnalist, texno-bloger Fərid Pərdəşünas yazıb. O, bildirib ki, bununla belə həmin şirkətlər ölkədən milyonlarla vəsait qazanıblar.
“Qlobal şirkətlər maksimal şəkildə öz üzvlərinin, işçilərinin mənafelərini qorumalı və onların əməyin istismar etməli deyil. İşçilərini istismar edən, onların layiq olduğu haqqını verməyən şirkətlər sabah eyni qaydanı müştəriləri üçün də tətbiq edəcək. Biz nə qədər taksi sürücülərini hər mövzuda qınasaq da, tələb və təklifin yaratdığı rəqabət sayəsində ən çox əmək istismarı alan şəxslərə çevriliblər. Belə bir vəziyyətdə kuryerləri, taksi sürücülərini “sən yoxsan, başqası var” deyib, əməyini alçaltmaq yolverilməzdir. Sezar pizza
P.Fərid əlavə edib ki, belə hallarda şirkəti haqlı çıxardıb, məsələni tələb-təklifə, bazar iqtisadiyyatına yönəldənlərin iqtisadi savadı yoxdur.
“Normal iqtisadi savada malik olan şəxs və sahibkarlar yaxşı bilir ki, bazar iqtisadiyyatı təkcə tələb və təklifə əsaslanmır. İqtisadiyyatda dövlətin tənzimləyici roluna, sosial münasibətlərə, işsizlərin rifahının qorunmasına və digər sosial təminatlara yer ayrılır. Bu da bir çox siyasi-iqtisadi məktəblərində öz əksini tapır. İqtisadi nəzəriyyə biliyi olmayan adamların, başqalarından 1-2 manat artıq pul qazanıb özünü sahibkar hiss edənlərin haqqlarını tələb edənləri qınamağa haqqı yoxdur.
Telegram kanalımız