YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Onsuz da Qarakilsə tarixi Azərbaycan şəhəridir”

“Onsuz da Qarakilsə tarixi Azərbaycan şəhəridir”

Siyasət

28 Sentyabr 2022 12:41 13693


“Azərbaycan ilk dəfə deyil ki, Laçının Qaragöl, habelə Böyük İşıqlı və Kiçik İşıqlı dağı istiqamətində düşmən cavab verərək yeni mövqelər əldə edir. Bu proseslər keçən il də baş vermişdi, bu il isə onun miqyası daha geniş oldu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert Azərbaycan ordusunun Sisian (Qarakilsə) şəhərini vizual və atəş nəzarətində saxlaması barədə sualları cavablandırarkən deyib ki, Azərbaycan tərəfinin Qarakilsə şəhərini nəzarətə götürməsində qeyri-adi heç bir şey yoxdur:

“Onsuz da Qarakilsə tarixi Azərbaycan şəhəridir. Burada Ermənistanın sərhəd barəsində səs-küy qaldırmasının da heç bir hüquqi əsası yoxdur. Əgər sərhəd var idisə, Ermənistanın həmin ərazilərə 30 illik nəzarəti müddətində sərhədlər çəkilməli, tikanlı məftillər, müşahidə qüllələri, sərhəd zastavaları yerləşdirilməliydi. 

Bunların heç biri olmayıbsa və Ermənistan işğal dövründə gedib Ağdamda, eləcə də Tərtərdə mülki əhalimizi və ordumuzun bölmələrini daim təhdid altında saxlayan atəşkəs pozuntularına yol veribsə, deməli, eynisinə də Ermənistan çoxdan layiqdir”.

Ə. Verdiyev əlavə edib ki, buna görə də burada şübhəli və yaxud da hansısa qaranlıq bir məqam yoxdur:

“Azərbaycan öz tarixi torpaqlarını azad etməklə məşğuldur və eyni zamanda biz düşmənin fasiləsiz olaraq davam edən təxribatlarının miqyasınının genişlənməməsi üçün zaman-zaman düşmənin konsentrasiya olunmuş qüvvələrinə zərbələr endirmək və həmin mövqelərə yerləşmək məcburiyyətindəyik. Bu həm də Azərbaycanla Ermənistan arasında yarana biləcək “təhlükəsizlik yastığı”nın aktuallaşmasını da özündə ehtiva edir”.

“Hesab edirəm ki, proseslər tamamilə ordumuzun nəzarəti altındadır. Əgər düşmən təxribatları davam edərsə, onlar Azərbaycanın tarixi torpaqlarında daha ciddi insan və texnika itkilərinə məruz qalacaq. Bu proseslər ordumuzun növbəti təxribatlar zamanı daha üstün mövqelərdən düşmənə daha ciddi zərbələr endirməsi üçün münbit şərait də yaradır”, – müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!